...

Azərbaycan FİMbankla məhkəmə istintaqı çərçivəsində vəsaitlərə girov qoyulması ilə bağlı qərarın ləğvinə nail olur

Siyasət Materials 22 Fevral 2007 17:22 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Maltanın FİMbankla məhkəmə istintaqı çərçivəsində Paris məhkəməsinin Eutelsat S.A-ya qoyulmuş vəsaitlərinin girov altında saxlanılması qərarına qarşı şikayət vermək niyyətindədir. Bu barədə nazirlikdən məlumat verilib.

Parisin ali məhkəmə instansiyası tərəfindən (Tribunal Le Grande Instance de Paris) rabitə nazirliyinin həbsi qərarı ləğv olunmuş, lakin girov məsələsi açıq olaraq qalır.

"Bu gün biz, girov məsələsini həll etmək üçün işlər aparırıq", deyə nazirlikdən qeyd olunub.

Yanvarda Parisin Appelyasiya məhkəməsi Maltanın FIMbankın ali məhkəmə instansiyası tərəfindən Azərbaycanın xeyrinə qəbul olunmuş qərarın yerinə yetirlməsinin dayandırılması ilə bağlı xahişini qəbul etməyib.

FİMbank 2004-cü ilin iyulunda Azərbaycan hökumətinə qarşı guya rabitə nazirliyi və Pochtbank KB-nin zəmanəti altında verilmiş kredit (Aztell-ə 3,035 milyon dollar və Baktell-ə 1,56 milyon dollar) ödənilməməsilə bağlı iddia ilə çıxış edib.

Paris ali məhkəmə instansiyası rabitə nazirliyinin Eutelsat S.A-ya qoyulmuş 6,5 milyon avro məbləğinə həbsin ləğvi barədə qərar çıxarıb. Qərara əsasən, bank Azərbaycan tərəfinə mənəvi ziyana görə 5 min avro və məhkəmə prosesi xərclərinə 900 avro ödəməlidir.

Xəbər lenti

Xəbər lenti