...

İran tərəfi Azərbaycanın hava sərhədlərinin pozulması faktını təsdiq edir

Siyasət Materials 22 Fevral 2007 18:20 (UTC +04:00)
İran     tərəfi     Azərbaycanın     hava     sərhədlərinin     pozulması     faktını     təsdiq     edir

Azərbaycan, Bakı / Trend , müx. S.Ağayeva/ İran tərəfi Azərbaycanın hava məkanının sərhəddinin pozulmasının səbəbini qərəzli olmayan hərəkət kimi izah edir. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin başçısı Məcid Feyzullainin sözlərinə görə, İran prezidenti Mahmud Əhmədinecat həqiqətən də bu gün səhər İranın Azərbaycanla sərhəd olan Astara şəhərində olub və hava sərhədlərini pozan vertolyotlar İran başçısının səfəri zamanı onu müşayiət edirdilər.

Trend in əvvəl verdiyi xəbərə görə, bu gün saat 11:00-da Azərbaycanın Astara rayonu üzərində təxminən bir saat ərzində 3 İran vertolyotu uçub. Məlumat Astara rayonunun İcra Hakimiyyəti orqanları tərəfindən də təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti