...

Bir nəfər piyadanı avtomobili ilə vurub qaçan Ramin Səfərovun üzərində silah tapılıb

Siyasət Materials 22 Fevral 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Fevralın 21-də təxminən saat 19:00 radələrində Gəncənin Atatürk prospektində Səfərov Ramin Bayram oğlu idarə etdiyi QAZ 31 10 markalı 20-CF-963 dövlət növrə nişanlı avtomobillə 24 yaşlı Elmir Rəhimovu vurub. Bu barədə Trend ə Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Nöfəl Hacıyev məlumat verib.

Müsahibin sözlərinə görə, Səfərov avtomobili hadisə yerində qoyaraq qaçıb. Zərərçəkən Elmir Rəhimov isə Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Hacıyev əlavə edib ki, Gəncə şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Daxili İşlər Nazirlyinin növbətçi hissəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində Ramin Səfərov Bakı -Şamaxı yolunda Gəncə şəhər sakini Rövşən Mehdiyeva məxsus Mersedes Benz avtomobilində saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 ədəd Makarov tipli tapança,12 patron və bir əldəqayırma bıçaq tapılaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti