...

Avropa Parlamentinin üzvü : " Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazım olan siyasi iradəni Bakı və İrəvanda deyil , Moskvada axtarmaq lazımdır "

Siyasət Materials 22 Fevral 2007 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Rusiya postsovet ölkələrinin ərazisində olan etnik problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına imkan vermir. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazım olan siyasi iradəni Bakı və İrəvanda deyil, Moskvada axtarmaq lazımdır. Avropa Parlamentinin Macarıstandan olan üzvü Georgi Şafflin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhər icra hakimiyyətinin başçısı Nizami Bəhmənovla görüşündə belə deyib.

Avroparlamentari qeyd edib ki, müəyyən böyük dövlətlər münaqişələrə tarixi həqiqətlər nöqteyi-nəzərdən deyil, bu günün siyasi reallıqlarından yanaşırlar.

"Daha dəqiq desək, bu günün siyasi reallıqlarını kiçik dövələtlərə tətbiq etməyə çalışırlar. Mən böyük dövlətlər deyəndə Rusiya və ABŞ-ı nəzərdə tuturam. Amma bir məsələ də var ki, həmin dövələtlər də qərar qəbul etmə mərhələsinə gələndə ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər", - deyə G.Şafflin qeyd edib.

Onun fikrincə, münaqişələrin həlli prosesinin uzadılması xüsusi bir siyasətin tərkib hissəsidir: "Münaqişələr insan hüquqlarını pozur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanların hüquqları pozulub. Bir məsələ var ki, münaqişənin həlli prosesi uzandıqca oradan köçürülən insanların öz yerlərinə qayıtması etimalı aşağı düşür. Çünki onlar yaşadıqları cəmiyyətlərə adaptasiya olunurlar. Görünür, bu xüsusi bir siyasətin tərkib hissəsidir. Bu yeganə olaraq Fələstin qaçqınlarına aid deyil".

Avropa Parlametnini üzvü deyib ki, Rusiya münaqişələrin həllinə mane olmaqla bölgədəki təsir imkanlarını saxlamağa çalışır. Nəticədə Ermənistan Rusiyanın forpostuna çevrilib.

Onun fikrincə, Qərbdə iki siyasi güc mərkəzi var. Bunlardan biri ABŞ, digəri isə Avropa Birliyidir.

"ABŞ-ın başı İraqda yaşanan problemlərə və İran məsələsinə qarışıb. Ona görə də bölgədəki status-kvonun saxlanmasında maraqlıdır. Avropa Birliyi isə daha çox demokratiya və insan hüquqlarnın qorunması ilə məşğul olur. Ancaq artıq Azərbaycan Avorpa Birliyinin maraq dairəsinə daxil olub", - deyə G.Şafflin bildirib.

Xəbər lenti

Xəbər lenti