...

Ötən il Gəncədə narkoman gənclərin sayı artıb

Siyasət Materials 23 Fevral 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Ötən il Gəncədə narkoman gənclərin sayı artıb. Trend in Qərb Bürosunun verdyi məlumata görə, bu barədə Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mösün Hüseynov "Gənclər narkomaniyaya yox deyir" şüarı altında keçirilən tədbirdə bildirib.

M.Hüseynov təəssüflə qeyd edib ki, 2006-cı ildə Gəncədə narkomaniyaya qurşanan gənclərin sayının artması bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyac yaradıb. Belə tədbirlərdən biri də gənclərin maarifləndirilməsi məsələsidir.

Keçirilən tədbirdə şəhərin ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının üzvləri, QHT nümayəndələri, Pois İdarəsinin Narkomaniya şöbəsinin rəisi, Narkomaniya ilə Mübarizə İdarəsinin əməkdaşları və b. iştirak edib. Çıxış edənlər nakromaniyanın yayılma yolları barədə danışıblar. Bildirblər ki, nakromaniya ilə mübarizə üsullarından ən səmərəlisi maarifləndirmə işinin təşkilidir.

M.Hüseynov bildirib ki, artıq bundan sonra mütəmadi olaraq ali məktəblərdə, gənclər təşkilatlarında və s. yerlərdə maarifləndirici xarakterli tədbirlər təşkil olunacaq və aidiyyatı orqanların əməkdaşları gənclərə narkomaniya və onunla mübarizə tədbirləri haqqında məlumat verəcəklər.

Xəbər lenti

Xəbər lenti