...

Azərbaycan Rabitə Nazirliyi yanvar ayında gəlirlərinin artması barədə bildirib

Siyasət Materials 23 Fevral 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ 2007-ci ilin yanvar ayında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəlirləri proqnozlaşdırılan 10747 min manata qarşı 10816,5 min manat təşkil edib. Bu barədə Rabitə Nazirliyindən bildiriblər.

Əhali tərəfindən ödəmələr üzrə proqnozlaşdırılan 4721 min manata qarşı 4830 min manat gəlir əldə edilib. Bu göstəricilər 2006-cı ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 11,6 % və 4% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövr ərzində Azərbaycanda rabitə sahəsində 40,1 mln. manat dəyərində xidmət göstərilib ki, bu göstərici də 2006-cı ilin yanvar göstəricisi ilə müqayisədə 17,8% çoxdur. Əldə edilən gəlirlərin 76%-i əhaliyə göstərilən xidmətlərdən alınan gəlirlərin payına düşüb. 2006-cı ilin yanvar ayı ilə müqayisədə mobil rabitədən əldə olunan gəlir 10,4% artaraq bu sahədə əldə edilən ümumi gəlirlərin çox hissəsini təşkil edib.

Xəbər lenti

Xəbər lenti