...

Azərbaycanın XİN başçısı müsəlman ziyarətgahı Əl - Aksa məscidinin yaxınlığında israillilərin qazıntı aparmalarını pisləyib

Siyasət Materials 23 Fevral 2007 12:50 (UTC +04:00)
Azərbaycanın     XİN     başçısı     müsəlman     ziyarətgahı     Əl  -  Aksa     məscidinin     yaxınlığında     israillilərin     qazıntı     aparmalarını     pisləyib

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müsəlman ziyarətgahı Əl-Aksa məscidinin yaxınlığında israillilərin qazıntı işləri aparmalarını pisləyib. Bu barədə İTAR-TASS xəbər verir. Bu bəyanatla o, Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) keçirilən İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin iclasında çıxış edib. Görüşdə Fələstin ərazilərindəki vəziyyət ümumilikdə müzakirə olunub və qeyd olunub ki, qazıntı işlərinin aparılması beynəlxalq qanunları ciddi şəkildə pozmaq deməkdir. E.Məmmədyarov bu cür hərəkətləri "müsəlman ziyarətgahına qarşı təcavüzkarlıq" adlandırıb. O, Qüdsün tarixi dəyərlərinin adekvat müdafiəsini təmin etmək üçün təcili tədbirlərin görülməsi çağırışı ilə BMT-yə müraciət edib. Toplantı iştirakçılarına müraciət edən nazir Əl-Aksa məscidinin yaxınlığında işlərin dayandırılması üçün islam dövlətlərinin birgə fəaliyyət göstərməsinin zəruri olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti