...

Ombudsman E.Süleymanova Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Siyasət Materials 23 Fevral 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutuna, Asiya Ombudsmanlar Assosiasiyasına müraciət ünvanlayıb. Müraciətdə 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımı haqqında məlumat verilməklə yanaşı, bu cinayətin bir sıra beynəlxalq konvensiyaları kobud şəkildə pozduğu qeyd olunur. Yüz minlərlə azərbaycanlının hələ 1905-1907-ci, 1918-20-ci, 1948-53-cü illərdə erməni millətçilərinin Qafqazda etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olduğu, öz doğma torpaqlarından deportasiya edildiyi, həmçinin 1988-ci ildən bəri Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal edildiyi vurğulanır: "Erməni millətçilərinin Azərbaycanın Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində törətdikləri qanlı qətliamlardan sonra tarixin ən dəhşətli qırğını - Xocalı soyqırımı törədildi. Erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdiyi qırğınlar zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 nəfər qoca vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Bəzi ailələr tamamilə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla öldürülüb, əsirlərə amansız işgəncələr verilib"-deyə müraciətdə bildirilir.

Xəbər lenti

Xəbər lenti