...

Los - Ancelsdə Xocalı soyqırımının 15- ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib

Siyasət Materials 23 Fevral 2007 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Fevralın 22-də Azərbaycanın Los-Ancelsdəki baş konsulluğunda Xocalı faciəsinin 15-ci ildönümünə həsr edilmiş xatirə gecəsi keçirilib. Gecədə cənubi Koliforniyanın Azərbaycan və türk diasporları nümayəndələri iştirak edib.

Gecədə çıxış edən Azərbaycanın baş konsulu Elin Süleymanov 1992-ci il həqiqətləri və Ermənistanın regiondakı təcavüzkar siyasəti barədə məlumat verib. Qeyd edilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə ramən, Azərbaycan bu gün regionun aparıcı ölkəsidir, Ermənistan haqqında isə bunu demək olmaz. Öz növbəsində Türkiyənin baş konsulu Engin Ansay da çıxışında ölkəsinin Azərbaycanla həmrəy olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti