...

Akif Şahbazov : " Qurultayda ADP sədrliyinə Rəsul Quliyev və Yaqub Abbasov namizədliyini verəcək "

Siyasət Materials 23 Fevral 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Rəsul Quliyevin tərəfdarlarının keçirəcəyi qurultayda ADP sədrliyinə iki nəfər namizədliyini irəli sürəcək. Bu barədə Akif Şahbazov məlumat verib.

O bildirib ki, ADP-nin 9-cu qurultayı aprel ayının ortalarında keçiriləcək. A.Şahbazovun sözlərinə görə, partiyanın sədri postuna hazırda Rəsul Quliyev və Yaqub Abbasov iddialıdır. Akif Şahbazov isə özü sədrliyə namizədliyini verməyəcəyini deyib: "Mənim fikrimcə, namizədlərdən böyük ehtimalla Rəsul Quliyev sədr seçiləcək".

A.Şahbazov onu da deyib ki, R.Quliyevlə hər gün əlaqə saxlayırlar və sədr ADP-nin rayon təşkilatlarının konfranslarının keçirilməsi tapşırığını verib. Yaxın günlərdə R.Quliyevin tərəfdarları qurultaya hazırlıqla bağlı rayon təşkilatlarının konfranslarına başlayacaqlar.

Qeyd edək ki, ADP iki yerə - Rəsul Quliyevin və Sərdar Cəlaloğlunun tərəfdarlarına ayrılıb. Hər iki tərəf özünün legitim ADP oduğunu və qarşı tərəfin qanunsuz fəaliyyət göstərdiyini iddia edir.

Xəbər lenti

Xəbər lenti