...

Moldova Azərbaycanla malların sərbəst hərəkəti üçün əlverişli şərait yaratmağı təklif edir

Siyasət Materials 23 Fevral 2007 13:30 (UTC +04:00)
Moldova Azərbaycanla malların sərbəst hərəkəti üçün əlverişli şərait yaratmağı təklif edir

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Moldovanın baş naziri Vasili Tarlev ölkələr arasında insanların və malların sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılması haqqında təkliflə Azərbaycanla birgə hökumətlərarası komissiyanın üzvlərinə müraciət edib.

Vasili Tarlevin cümə günü Bakıda Azərbaycan-Moldova biznes-forumunda bəyan etdiyi kimi, Moldova iqtisadiyyatı Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etmək üçün potensiala malikdir. O cümlədən, şəkər sənayesinin birgə inkişafının adı çəkilib.

Bakıda biznes-forum İqtisadi İnkişaf Nazirliyi (İİN) və Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu (AZPROMO) tərəfindən təşkil olunub.

Onun sözlərinə görə, Moldovada biznesin inkişafı üçün bütün imkanlar var, indi cəlbedici şəraitin yaradılması üçün ölkə iqtisadiyyatının tam liberallaşdırılması gedir.

"Biz bürokratiya və biznesin inkişaf yolunda dayanan istənilən mənfi hərəkətlərlə mübarizə aparırıq", - deyə o bildirib.

Ölkələr arasında hazırki maneələr birbaşa hava nəqliyyatının olmamasıdır. "Dünən Azərbaycanın prezidenti və baş naziri ilə görüşdə mən Kişinyov-Bakı aviareysinin mümkün qədər tez açılmasını təklif etdim", - deyə Moldova hökumətinin başçısı bildirib.

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının qiymətləndirilməsi ilə razılaşıb. O hesab edir ki, Moldova hökumətinin nümayəndə heyətinin Bakıya səfərindən və biznes-forumun keçirilməsindən sonra iş adamları ümumi məxrəcə gələcəklər.

Forumda iştirak edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev, Moldovanın ticarət-sənaye palatasının sədri Georgi Kuku iştirakçılara ölkələrin iqtisadi potensialı və əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti