...

Hərbi əsir Samir Məmmədovun doğmaları Ermənistandan məktub alıblar

Siyasət Materials 23 Fevral 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.İbrahimxəlilova/ Hərbi əsir Samir Məmmədovdan daha bir məktub gəlib. Bu barədə S.Məmmədovun əmisi Vidadi Məmmədov məlumat verib.

İki sətirdən ibarət məktubda aşağıdakılar yazılıb: "Mən özümü yaxşı hiss edirəm. Əhvalım əladır, mənim haqqımda düşünün".

V.Məmmədovun sözlərinə görə, fevralın 23-də səhər hərbi əsirin qohumları Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional şöbəsində olublar və onlara bildiriblər ki, S.Məmmədov üçüncü ölkəyə verilməsi üçün rəsmi istək bildirməyib. Bunun üçün onun BQKX-ya yalnız məktub yazmağı tələb olunur.

"Biz elə başa düşdük ki, hələ S.Məmmədov evə məktub yazırsa, bu o deməkdir ki, o, sərhəddən keçmək istəmir", - deyə əmi bildirib.

Bununla yanaşı, BQXK-nın mətbuat xidmətindən bildirilib ki, hərbi əsirin məktub yazıb-yazmaması S.Məmmədovun Azərbaycana qayıtmaq istəməməsinin göstəricisi deyil.

Eyni zamanda, Azərbaycanın əsir, girov və itkin düşmüşlərin məsələləri üzrə Dövlət Komissiyasında bildirilib ki, hələ onlarda Ermənistanla davam edən danışıqlar üzrə görünən nəticələr yoxdur.

S.Məmmədov Qazax rayonunun sərhəd hissəsində xidmət edib və 2006-cı il dekabrın 23-də Ermənistanın İcəvan rayonu ilə sərhəddə ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti