...

İran səfiri : " Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün aparılan danışıqlarda müsbət irəliləyişlər var "

Siyasət Materials 23 Fevral 2007 14:53 (UTC +04:00)
İran     səfiri  : "  Xəzərin     hüquqi     statusunun     müəyyənləşdirilməsi     üçün     aparılan     danışıqlarda     müsbət     irəliləyişlər     var  "

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün aparılan ikitərəfli və çox tərəfli danışıqlarda müsbət irəliləyişlər var. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymanı bildirib.

Səfir qeyd edib ki, tərəflər danışıqları davam etdirməkdə qərarlıdırlar.

"Tərəflərin mövqeləri bir-birinə yaxınlaşır", -deyə Ə.Süleymanı bildirib.

Lakin İranın 20 faizlik bölgü prinsipindən imtina edib-etmədiyinə dair suala diplomat konkret cavab verməyib: "Bu məsələni görüşlərdə müzakirə edirlər".

Diplomat deyib ki, fevralın sonunda beş Xəzəryanı ölkənin ekspert qruplarının Tehranda iclası keçiriləcək. İclasda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşünün bəyanatının mətni müzakirə olunacaq.

Ə.Süleymanı bildirib ki, hələlik Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşünün tarixi dəqiqləşməyib: "İran hələlik görüşün hansı tarixdə keçirilməsi ilə bağlı hansısa təklif irəli sürməyib. Bu görüşdə qəbul olunacaq bəyanatın hazırlanmasından asılıdır. Ekspertlər qrupu iki iclas keçirib. Lazım olsa bir görüş də keçirə bilər. Tehranda baş tutacaq iclasda bəyanat üzərində iş yekunlaşdırılsa, onda dövlət başçılarının zirvə görüşünün tarixi dəqiqləşə bilər".

Xəbər lenti

Xəbər lenti