...

Səfir : Xəzərin statusu üzrə işçi qrupunun növbəti görüşünün tarixi müəyyənləşdirilib

Siyasət Materials 23 Fevral 2007 15:02 (UTC +04:00)
Səfir  :   Xəzərin     statusu     üzrə     işçi     qrupunun     növbəti     görüşünün     tarixi     müəyyənləşdirilib

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Xəzərin hüquqi statusunun müəyyən olunması üzrə Xəzəryanı ölkələrin işçi qrupunun növbəti görüşü fevralın 27-28-də Tehranda keçiriləcək. Bu barədə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib.

Görüş Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.

Nazir müavinləri Dənizin hüquqi statusu haqqında Konvensiyanın layihəsi üzərində işi davam etdirməli və yüksək səviyyəli zirvə görüşü zamanı imzalanması planlaşdırılan Xəzəryanı dövlət başçılarının birgə bəyannamə layihəsini razılaşdırmalıdırlar.

İşçi qrupunun görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti