...

Nazir: Moldova və Azərbaycan arasında oxşar cəhətlər çoxdur

Siyasət Materials 23 Fevral 2007 15:21 (UTC +04:00)
Nazir: Moldova və Azərbaycan arasında oxşar cəhətlər çoxdur

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev / Azərbaycan iqtisadiyyatına 30 mlrd. ABŞ dollarından çox vəsait qoyulub və bunun təxminən 70%-i xarici investisiyaların payına düşür. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev cümə günü Bakıda keçirilən Azərbaycan-Moldova biznes-forumunda bildirib.

"Bu ondan xəbər verir ki, yalnız neft sektorunda deyil, həm də biznes mühitində xarici şirkətlər üçün məqbul şərait yaradılıb. Bununla əlaqədar Moldovanın iş adamlarını Azərbaycan bazarında iştirak etməyə dəvət edirəm", - deyə nazir bildirib.

O, son üç il ərzində 525 min yeni iş yerinin yaradılmasının çox mühüm göstərici olduğunu hesab edir.

Moldova və Azərbaycan arasında əmtəə dövriyyəsinin aşağı səviyyəsi (2006-cı ilin yekunlarına görə 5 mln. ABŞ dolları təşkil edib) ondan xəbər verir ki, uzun müddət buna çox böyük əhəmiyyət verilməyib.

"Müəyyən səviyyəyə çatmaq məqsədimiz deyil, görünür, bizdə xarici siyasətimiz və xarici ticarət üst-üstə düşməyib. Bazarın bu iki amili hər zaman bir yerdə fəaliyyət göstərməlidirlər", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, nazirlik Azərbaycanda ixracın və investisiyaların təşviqi fonduna (AZPROMO) Moldova həmkarları ilə əməkdaşlığın istiqamətlərini təhlil etməyi tapşırıb.

Nazirin sözlərinə görə, Moldova Azərbaycanın üçün böyük maraq kəsb edir.

"Bu gün nazirliyimiz bütün ölkələrlə münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyub, lakin biz hər zaman vurğulayırıq ki, bizə siyasi yardım göstərən, bizi başa düşən və oxşar vəziyyətdə olan ölkələrlə yaxşı münasibətlər qurmaq bizim üçün çox vacibdir. Moldova və Azərbaycan arasında oxşar cəhətlər çoxdur, lakin ən əsas və ümumi olan - GUAM-da iştirakdır. MDB-nin başqa ölkələri sırasından bizim ölkələrimiz iqtisadi inkişafın yüksək templəri ilə fərqlənirlər. Halbuki bizim daha bir oxşar problemimiz var, bu - ərazi bütövlüyünün bərpa olunması zərurətidir", - deyə H.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti