...

Gəncədə smart - kart sistemi ilə işləyən elektron sayğaclarla təmin olunan ərazilərdə pul yığımı 100%- dir

Siyasət Materials 23 Fevral 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V. Məmmədov/ Gəncədə smart-kart sistemi ilə işləyən elektron sayğaclarla təmin olunan ərazilərdə pul yığımı 100%-dir. Bu barədə Trend in Qərb Bürosuna Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Adil Bağırov məlumat verib.

Müsahib bildirib ki, eksperiment kimi şəhərin 4-cü mikrorayonunda quraşdırılan smart kartla işləyən 1340 elektron sayğaclar çox effektli olub. Belə ki, bütün şəhər üzrə yanvar ayı ərzində istifadə olunan mavi yanacağın yalnız 26,6 %-nin pulu ödəndiyi halda, smart-kartlı sayğacı olan abonentlər 13000 kubmetr qaz üçün bütün ödənişi öncədən ediblər. A. Bağırov bildirib ki, abonentlər də bu sistemdən çox razılıq edirlər. Əgər bu eksperiment belə müsbət davam edərsə, gələcəkdə bu tipdə sayğacların quraşdırılması davam etdirilə bilər.

İdarə rəisi onu da əlavə edib ki, bu il fevral ayının 20-ə kimi Gəncə şəhəri üzrə 50   000-ə yaxın qaz sayğacı quraşdırılıb. Mart ayının sonunadək bütün abonentlər sayğacla təmin olunacaqlar.

Xəbər lenti

Xəbər lenti