...

Azərbaycan prezidenti Fransanın "Total" şirkətinin vitse-prezidentini qəbul edib

Siyasət Materials 23 Fevral 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev "Total" şirkətinin Azərbaycanla əməkdaşlığının gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Bu barədə o, şirkətin Kontinental Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Arno Breyakla görüşdə bəyan edib. Dövlət başçısı şirkətin Azərbaycanda uğurlu fəaliyyətindən məmnun olduğunu bildirib.

A.Breyak Azərbaycan prezidentinin bu yaxınlarda Fransaya dövlət səfərinin uğurla keçdiyini bildirərək, qeyd edib ki, bu səfər iqtisadi əlaqələrin daha da çox inkişaf etməsinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti