...

Azərbaycanın iki deputatı beynəlxalq müşahidəçi sertifikatını alıb

Siyasət Materials 23 Fevral 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası Milli Məclisinin iki deputatı - Adil Əliyev və Fəzail Ağamalı beynəlxalq müşahidəçi statusu alıblar. Bu barədə millət vəkili Adil Əliyevin mətbuat məsələləri üzrə köməkçisi Nahid Canbaxışlı məlumat verib.

Fevralın 19-dan 20-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB ölkələri Parlament Assambleyasının beynəlxalq konfransı keçirilib. Həmin konfransda Azərbaycandan olan millət vəkilləri Adil Əliyev və Fəzail Ağamalı iştirak ediblər. Konfransda iştirakçılara MDB məkanında keçiriləcək bütün seçkilərdə müşahidə aparmaq üçün beynəlxalq müşahidəçilik sertifikatları təqdim olunub. Azərbayncanlı millət vəkilləri də bundan sonra MDB ölkələrində keçiriləcək bütün seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti