Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan tərəfi Xocalı faciəsinin soyqırım kimi tanınması üçün İranın Bakıdakı səfirliyinə müraciət edib. Səfirlik isə həmin müraciəti baxılması üçün İran parlamentinə göndərib.
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani məlumat verib. İran parlamentinin bu barədə hansı qərarı verəcəyi hələlik məlum deyil.
"Bununla bağlı qərar qəbul etmək parlament üzvlərinin səlahiyyətində olan məsələdir. Mən bu barədə bir söz deyə bilmərəm", -deyə diplomat bildirib.