...

Azərbaycan prezidenti Azərbaycanda kino sənətinin inkişafı haqqında sərəncam imzalayıb

Siyasət Materials 23 Fevral 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda kino sənətinin inkişafı haqqında sərəncam imzalayıb. Bununla əlaqədar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək həvalə olunub. Dövlət başçısının sərəncamında həmçinin nazirliyə Azərbaycanın kinoteatrlar şəbəkəsinin yenidən qurulmasına, o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin nazirliyə Bakı şəhərinin "Nizami" kinoteatrında müasir tələblərə cavab verən xidmət və texniki şəraitin yaradılması ilə bağlı təkliflərin hazırlanması, Azərbaycan Dövlət Film Fondunun yeni binasının inşası ilə bağlı və XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsinə dair təklifləri hazırlamaq tapşırılıb. Təkliflər 31 mart 2007-ci il tarixinə qədər Azərbaycanın Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Dövlət başçısı öz sərəncamında həmçinin Azərbaycan xalqının tarixi və mədəni irsi haqqında filmlərin istehsalı üzrə təkliflərin hazırlanmasını tapşırıb. 3 ay ərzində nazirliyə dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqla, "Azərbaycan kinosu 2008-2018-ci illərdə" Dövlət Proqramına dair təkliflərini hazırlamaq həvalə olunub. Nazirlik həmçinin Azərbaycanda xarici ölkələrin istehsalı olan filmlərin dublyaj qaydalarına, Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində normativ hüquqi bazasının təkmilləşdirilməsinə dair təkliflər hazırlamalıdır. Nazirlər Kabinetinə Mədəniyyət və Turizm, eləcə də Təhsil Nazirliklərinin təklifləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması proqramının hazırlanması da həvalə olunur.

Xəbər lenti

Xəbər lenti