...

ADP funksionerləri ABŞ səfirinin müşaviri və MDİ - nin rəhbəri ilə görüşüblər

Siyasət Materials 23 Fevral 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.İlhamqızı/ Fevralın 23-də ADP-nin 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu, müavinləri Həsrət Rüstəmov və Taliyət Əliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Neysləndlə görüşüblər. Bu barədə ADP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və partiyadaxili durumla əlaqədar müzakirələr aparılıb. ADP funksionerləri son günlər partiyada yaranmış vəziyyətin siyasi və hüquqi tərəfləri haqqında ABŞ diplomatını ətraflı məlumatlandırıblar.

Sərdar Cəlaloğlu və digər funksionerlər bü gün həmçinin ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Emi Şultsla da görüşüblər. Görüşdə ADP funksionerləri partiyada yaranmış vəziyyətin səbəbləri barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti