...

Azərbaycan prezidenti Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı xalqa müraciət edib

Siyasət Materials 23 Fevral 2007 21:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/ Azərbaycan prezidenti Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı xalqa müraciət edib. Müraciətdə Azərbaycan prezidenti Xocalı faciəsini davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi adlandırıb. 1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.

Müraciətdə qeyd olunduğu kimi, bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq.

" Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər gədərdələr. Onlar bununla xalqımızın məbarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin dəşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bətövləyə uğrunda məbarizədə yəksək iradə və qəhrəmanlıq nəmunəsi göstərdi".

Müraciətdə deyilir ki, bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlərin rəhbərləri, parlamentləri Ermənistanın işğalçı dövlət olduğunu qəbul edir, ondan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyi tələb edirlər. Təcavüzkar Ermənistan özünü bütün regional layihələrdən kənarda qoymuş, hərtərəfli təcrid vəziyyətinə düşmüşdür.

Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq,deyə müraciətdə bildirilib.

Xəbər lenti

Xəbər lenti