...

Gəncənin Mərkəzi Univermağında oğurluq edən Rövşən Məhərrəmov Yalama stansiyasında yaxalanıb

Siyasət Materials 24 Fevral 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncənin Mərkəzi Univermağında oğurluq edən Rövşən Məhərrəmov Yalama stansiyasında yaxalanıb. Bu barədə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

İdarənin əməkdaşı İlqar Qəmbərovun sözlərinə görə, 33 yaşlı Rövşən Məhərrəmov şəhərin mərkəzində yerləşən hündür mərtəbəli univermağa daxil olub və təmir aparılan 3-cü mərtəbəyə qalxıb. Bir neçə saat orada qalan Rövşən iş vaxtı qurtardıqdan sonra 1-ci mərtəbəyə düşüb və 5 çanta müxtəlif əşyaları götürərək pəncərədən qaçıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Rövşən Məhərrəmov Yalama stansiyasında saxlanılıb. O, respublikanı tərk etmək istəyirmiş. Məhərrəmov oğurladığı əşyalarları da götürərək, qaçmaq istəyib.

Faktla bağlı cinayət işi açılıb. Əgər Rövşən Məhərrəmovun əməli təsdiq olunarsa, onu 3-ildən 7-ilə kimi həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti