...

Az ə rbaycan ı n Belcikadak ı s ə firliyi Xocal ı soyq ı r ı m ı il ə ba ğ l ı Br ü sseld ə etiraz aksiyas ı v ə foto - s ə rgi ke ç ir ə c ə k

Siyasət Materials 24 Fevral 2007 12:03 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Belçikanın paytaxtı Brüsseldə yerlesen Benilüks Dövlətləri üzrə Səfirliyi fevralın 26-da Xocalıda yasanan dəhşətli soyqırımı Avropa ictimaiyyətinə çatdırmaq üçün Brüsselin Montoyer küçəsində etiraz aksiyasi keçirəcək. Aksiyada ölkədə yaşayan azərbaycanlılarla yanaşı, türk dərnək ve diaspor təşkilatları da iştirak edəcək.

Aksiyadan sonra "Residence Palace"  beynəlxalq mətbuat mərkəzində səfirlik tərəfindən təşkil edilən "Müharibə qurbanları" adlı foto-sərgi keçiriləcək.

Bu barədə Azərbaycan Respublikasının Benilüks Dövlətləri üzrə Səfirliyinin birinci katibi Fuad Hümbətovun Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, səfirlik tərəfindən Xocalı soyqırımı ilə bağlı ayrıca press-reliz hazırlanıb və bu press-reliz Avropa parlamentinə və digər beynəlxalq təşkilatlara, habelə yerli media orqanlarına göndəriləcək.

Xəbər lenti

Xəbər lenti