...

İran səfiri Azərbaycanda missiyasını vaxtından əvvəl başa vurur

Siyasət Materials 24 Fevral 2007 14:39 (UTC +04:00)
İran     səfiri     Azərbaycanda     missiyasını     vaxtından     əvvəl     başa     vurur

Azərbaycan, Bakı /müx. " A . İsmayılova / "ANS" telekanalı bildirir ki , İranın Azərbaycandakı səfiri Əfşar Süleymani vaxtından əvvəl missiyasını başa vurur və matın 1- də vətənə qayıdır .

İranlı diplomatın missiyası 6 aydan sonra başa çatmalı idi.

Səfir bunun səhhəti və bu yaxınlarda ürəyində keçirdiyi cərrahiyyə əməliyyatı ilə əlaqədar olduğunu bildirib. Bu vəzifədə onu İranın Naxçıvan Muxtar Respublikasında hazırkı baş konsulu Nazir Həmdi Zari əvəz edəcək. O, Bakıda missiyasına martın 10-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti