...

Strasburqda AŞPA - nın Mədəniyyət , Elm və Təhsil Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 24 Fevral 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Elm və Təhsil Komitəsinin iclası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov iclasda iştirak etmək üçün fevralın 25-dən martın 1-dək Strasburqda səfərdə olacaq.

İclasda Avropada insan hüquqları və demokratiya, dinlərarası və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunacaq. R.Hüseynov toplantıda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Xəbər lenti

Xəbər lenti