...

Sərdar Cəlaloğlu : " ADP - çilər bu vaxta qədər Rəsul Quliyevin simasında əslində görmək istədikləri liderin obrazını yaratmışdılar "

Siyasət Materials 24 Fevral 2007 14:30 (UTC +04:00)
Azərbaycan, Bakı / müxbir S.İlhamqızı/ Fevralın 24-də Azərbaycan Demokrat Partiyasının (ADP) ümumrespublika müşavirəsi keçirilib. Toplantıda partiyanın buraxılış rəhbər strukturlarının - Ali Məclisinin, MNTK-nın üzvləri, 47 rayon təşkilatının rəhbərləri iştirak ediblər.Müşavirədə son günlərdə ADP daxilində baş vermiş hadisələr, bir qrup şəxsin, o cümlədən Rəsul Quliyevin bu partiyanın adından çıxışlar etməsi barədə danışılıb. ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu çıxışında qeyd edib ki, indiyə qədər bu, rassional partiya deyil, bir nəfərin - Rəsul Quliyevin ətrafında formalaşmış qurum idi. S.Cəlaloğlunun sözlərinə görə, ADP-çilər bu vaxta qədər R.Quliyevin simasında görmək istədikləri, arzuladıqları bir liderin obrazını yaratmışdılar: "Əslində isə bu, Rəsul Quliyevin özünün siması olmayıb. Rəsul Quliyev də hesab edirdi ki, insanların onu təsəvvür etdikləri, arzuladıqları kimi bir liderdir. Onun yaxın ətrafında yalnız hakimiyyətə gəlmək arzusunda olanlar toplaşdı və bununla partiya səhv yolla getdi".
Xəbər lenti

Xəbər lenti