Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan və Türkiyə arasında hərbi-müdafiə sahəsində əməkdaşlıq perspektivləri Türkiyə ordusunun yüksək vəzifəli zabiti, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi Ərgün Sayqunun bu gün Azərbaycana başlamış səfəri çərçivəsində diqqət mərkəzində duran məsələ olacaq. Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər ki, türkiyəli general səfərinin ilk günündə Fəxri Xayaban və türk şəhidi memorial kompleksini ziyarət edəcək. Daha sonra nümayəndə heyətini Azərbaycan müdafiə naziri Səfər Əbiyev qəbul edəcək.
Fevralın 27-də Ərgün Sayqunu Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcəyi də gözlənilir. Martın 1-də türkiyəli general Azərbaycan DİN daxili qoşunları komandanı ilə görüşəcək, həmçinin Azərbaycan prezidenti yanında Dövlət Mühafizə xidmətində görüş keçirəcək.