...

Azərbaycanın XİN başçısı bu gün Qazaxıstana yola düşür

Siyasət Materials 26 Fevral 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Qazaxıstana yola düşür. Səfər Qazaxıstanın XİN başçısının dəvəti ilə həyata keçiriləcək. Rəsmi səfər çərçivəsində Azərbaycanın xarici siyasət idarəsinin başçısının ən yüksək səviyyədə görüşlər keçirəcəyi planlaşdırılır. Tərəflər ikitərəfli, regional və beynəlxalq xarakterli aktual məsələləri müzakirə edəcəklər. Səfər zamanı Azərbaycanın xarici siyasət idarəsinin başçısı Aktauda olacaq və orada azərbaycanlı diaspor nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti