...

Azərbaycan hava sərhədlərinin İran vertolyotları ilə pozulacağına dair əvvəlcədən xəbərdarlığın olması haqqında informasiyanı təkzib edir

Siyasət Materials 26 Fevral 2007 13:24 (UTC +04:00)
Azərbaycan     hava     sərhədlərinin     İran     vertolyotları     ilə     pozulacağına     dair     əvvəlcədən     xəbərdarlığın     olması     haqqında     informasiyanı     təkzib     edir

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova / Azərbaycan ölkənin hava sərhədlərinin pozulması ehtimalı haqqında İran tərəfindən əvvəlcədən xəbərdarlığın olunması ilə bağlı informasiyanı təkzib edir.

Azərbaycan dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyevin sözlərinə görə, fevralın 22-də səhər saat 10.30-da İran prezidentini müşayiət edən vertolyotlar bir neçə dəfə qanunsuz olaraq Azərbaycan sərhəddini keçib. Bununla bağlı, dərhal İranın sərhəd komissarına xəbərdarlıq edilib. Bundan sonra İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi hadisə haqqında məlumatlandırılıb.

Azərbaycan XİN xüsusi müraciət hazırlayıb və İranda olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu məsələni qaldıracaq.

Xəbər lenti

Xəbər lenti