...

" Təhsil və mədəniyyət sahəsnin inkişafındakı xidmətlərinə görə " Mehriban Əliyeva İlyas Əfəndiyev Fondunun mükafatına layiq görülüb

Siyasət Materials 26 Fevral 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/İlyas Əfəndiyev adına ədəbi-bədii xeyriyyə Fondu fond tərəfindən təsis olunmuş üç nominasiya üzrə mükafat sahiblərinin adlarını açıqlayıb. Fonddan verilən məlumata əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Bəkir Nəbiyevin rəhbərlik etdiyi mükafat fondunun qərarı ilə UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Təhsil və mədəniyyət sahəsnin inkişafındakı xidmətlərinə görə" nominasiyasında Fondun mükafatına layiq görülüb.

"Düzgün qiymətləndirmə və Azərbaycan həqiqətlərinin təbliğatı işində xarici vətəndaş xidmətlərinə görə" və "Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinin xaricdə təbliğatına görə" mükafatlar Litvanın prezidenti Valdas Adumkus və "Duna TV" telekanalının prezidenti Laslo Çeliniyə verilib.

Xəbər lenti

Xəbər lenti