...

Azərbaycan Prezident Aparatının şöbə müdiri : Minsk qrupunun bir - birinə zidd bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həlli müddətinin uzadılmasına səbəb olur

Siyasət Materials 26 Fevral 2007 14:49 (UTC +04:00)
Azərbaycan     Prezident     Aparatının     şöbə     müdiri  :   Minsk     qrupunun     bir  -  birinə     zidd     bəyanatları     Dağlıq     Qarabağ     münaqişəsinin     həlli     müddətinin     uzadılmasına     səbəb     olur

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Rəsmi Bakı hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fikirlərində olan ziddiyyətlər Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsinə səbəb olur. Azərbaycan Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədovun sözlərinə görə, bu düzgün yanaşma deyil.

Onun fikrincə, dünyada bu cür münaqişələrin həlli üçün presedentlər mövcuddur. Kosovadakı vəziyətlə bağlı irəli sürülmüş konsepsiya misal ola bilər. İsrail-Fələstin münaqişəsi ilə də bağlı həmçinin ABŞ-ın "yol xəritəsi" planı işlənib hazırlanıb. Bir neçə il bundan əvvəl BMT-nin baş katibi Kofi Annan Kiprlə bağlı plan təklif etmişdir.

N.Məmmədov deyir ki, bizim vəziyyətdə Minsk qrupu həmsədrləri həm ATƏT üzvü, həm də ekspertlər kimi Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində Dağlıq Qarabağ münaşqişəsinin həlli ilə bağlı öz təkliflərini verə bilər. Lakin bu təklifləri vermək əvəzinə onlar müxtəlif bəyanatlar verir və bir çox hallarda bu danışıqlar prosesinin ləngiməsinə səbəb olur.

"Hesab edirəm ki, həmsədrlər münaqişənin həlli ilə bağlı lazımi və konkret mövqe nümayiş etdirə bilmir. Ermənistana səfər etdikdən sonra həmsədrlər onların mövqeyinə köklənir və buna görə də danışıqlar prosesində lazımi nöqtəyə nail olmaq mümkün deyil", deyə şöbə müdiri bildirib.

Həmsədrlərin münaqişənin həlli məsuliyyətini Azərbaycan və Ermənistanın üzərinə qoyması cəhdlərinə gəlincə, N.Məmmədov deyib ki, bu köklü olaraq düzgün yanaşma deyil. Regionda Azərbaycanın mövqeyi beynəlxalq proseslərdə möhkəmlənir, buna görə də bu münaqişənin həlli vaxtı yetişib, deyə o, bəyan edib.

Xəbər lenti

Xəbər lenti