...

İran səfiri Ə. Süleymani: "Mən özümü Azərbaycan xalqının qoruyucusu, əsgəri hesab edirəm"

Siyasət Materials 26 Fevral 2007 14:54 (UTC +04:00)
İran səfiri Ə. Süleymani: "Mən özümü Azərbaycan xalqının qoruyucusu, əsgəri hesab edirəm"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Fevralın 26-da Beynəlxalq Mətbuat Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfiri Əfşər Süleymaniya həsr olunmuş "Azərbaycanı vətəni bilən diplomat" kitabının təqdimat mərasimi keçirilib. Toplantıda kitabın müəllifi Şəmsiyə Bəylərqızı bu kitabın ərsəyə gəlməsində Ə.Süleymaninin müsbət şəxsi keyfiyyətlərindən danışıb, nəşrin təmənnasız və maddi maraq güdmədən yazılıb səfirə hədiyyə olunduğunu diqqətə çatdırıb. Səfir Ə.Süleymani öz çıxışında Azərbaycan və İran dövlətlərinin, xalqlarının dostluğundan, onları birləşdirən tarixi köklərdən danışıb: "Azərbaycan xalqı birdir, dövlətlərimiz müstəqildir. Mən özümü heç zaman Azərbaycan xalqından ayrı bilməmişəm. Azərbaycan mənim ikinci vətənimdir. Mən burada özümə mühafizəçi götürməmişəm, çünki hər bir azərbaycanlı mənim qoruyucumdur, məndə özümü Azərbaycan xalqının qoruyucusu, əsgəri bilirəm. Güclü İran Azərbaycana, güclü Azərbaycan isə İrana lazımdır".

Ə.Süleymani əlavə edib ki, İranda yaşayan bütün millətlər bərabərdir, farslar özlərini azərilərdən üstün tutmurlar.Səfirin sözlərinə görə, İranda hamı - bütün millətlər, o cümlədən də farslar Azərbaycanı sevir. Səfir "Mən İran azərisiyəm", - deyib və ölkələrimiz arasında nifaq sala biləcək hərəkətlərin lazımsız olduğunı vurğulayıb. "Fars dilində şer deyən Nizami Gəncəvi, Füzuli, Şəhriyar bizim hamımızındır, bütün dünyanındır",- səfir vurğulayıb.

Tədbirdə çıxış edən qonaqlar Ə.Süleymanini başqalarından fərqləndirən müsbət xüsusiyətlərini qeyd edib, Azərbaycanla İran arasında körpü rolunu oynadığını, kitab şəklində yazıla biləcək işlər gördüyünü bildiriblər.

Xəbər lenti

Xəbər lenti