...

Azərbaycanın nəqliyyat naziri : Bakı - Tiflis - Qars layihəsinə istənilən ölkə qoşula bilər

Siyasət Materials 26 Fevral 2007 16:12 (UTC +04:00)
Azərbaycanın     nəqliyyat     naziri  :  Bakı  -  Tiflis  -  Qars     layihəsinə     istənilən     ölkə     qoşula     bilər

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/ Bakı-Tbilisi-Qars dəmir yol layihəsi açıqdır və istənilən ölkə bu layihəyə qoşula bilər. Bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Z.Məmmədov qeyd edib ki, Qazaxıstanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasında heç bir problem yoxdur və rəsmi Astana bununla bağlı müraciət edərsə, ona baxılacaq.

Bakı-Tbilisi-Qars layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir.

Bu dəmir yol dəhlizinin yaradılması 400 milyon dollar məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti