...

Azərbaycan xarici işlər nazirinin müavini Tehrandadır

Siyasət Materials 26 Fevral 2007 18:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov rəsmi səfərlə İrandadır. O, 27-28 fevral tarixində Tehranda keçiriləcək Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Xəzəryanı dövlətlərin işçi qruplarının növbəti görüşündə iştirak edəcək.

Xəzəryanı dövlətlərin nazir müavinlərinə dənizin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işi davam etdirmək və yüksək səviyyədə keçiriləcək sammitdə imzalanması planlaşdırılan Xəzəryanı dövlət başçılarının birgə deklarasiya layihəsini razılşdırmaq təqdim olunacaq.

Tehranda X.Xələfov həmçinin Azərbaycan hava məkanının 22 fevral tarixində İran vertolyatları tərəfindən pozulması hadisəsini də müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti