...

Azərbaycanın XİN başçısı İranın ölkəmizdəki səfiri Əfşar Süleymanini diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 26 Fevral 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş ərazilərin azad olunması və qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılması ilə bağlı mövqeyi dəstəkləməkdə davam edir. Bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani Azərbaycanda öz diplomatik missiyasının başa çatması ilə bağlı Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşdə bəyan edib.

Azərbaycan XİN-in mətbuat mərkəzindən verilən xəbərə görə, görüşdə Azərbaycanın XİN başçısı ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib və bu işdə iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin rolunu vurğulayıb.

Nazir həmçinin Naxçıvan qaz kəmərinin çəkilməsi, Culfadan keçən körpünün tikintisi, Azərbaycanın Təbrizdə baş konsulluğunun açılması kimi layihələrin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti