...

YAP Qusar rayon t əş k i lat ı n ı n konfrans ı ke çi r i l ib

Siyasət Materials 26 Fevral 2007 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/ Yeni Azərbaycan Partiyasının (YAP) Qusar rayon təşkilatının VI konfransı keçirilib. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib. Konfransda partiyanın Qusar rayon təşkilatının sədri Alik Balametovun hesabat məruzəsi dinlənilib. Ötən dövrdə bütövlükdə partiyanın həyatında mühüm hadisələrin baş verdiyini nəzərə çatdırıb. Konfransda hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr aparılıb. Konfransın işində iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov partiyanın ölkənin ictimai-siyasi həyatında mövqeyinin daha da güclənməsindən, keçirilən parlament və bələdiyyə seçkilərində qazanılmış uğurlar barədə danışıblar. Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Alik Balametov konfrans nümayəndələrinin səs çoxluğu ilə yenidən YAP-ın Qusar rayon təşkilatının sədri seçilib. Konfrans nümayəndələri həmçinin rayon təşkilatının 31 nəfərdən ibarət şurasını və 5 nəfərdən ibarət nəzarət təftiş qrupunu seçib. Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir hakim partiya olan YAP-ın sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti