...

Deputat Gültəkin Hacıyeva : " Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verə bilər "

Siyasət Materials 26 Fevral 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Azərbaycan təcavüzkarlıq və işğalçılıq siyasətinə görə Ermənistanı beynəlxalq məhkəməyə verə bilər. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Qeyd edək ki, ilk dəfə olaraq BMT-nin Haaqada yerləşən Beynəlxalq Məhkəməsi Bosniyanın Serbiyaya qarşı iddiasına baxıb.

G.Hacıyeva deyib ki, Azərbaycan da belə bir addım ata bilər.

"Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu faktlarını bütün vasitələrlə düyna ictimaiyyətinə çatdırmalıdır. Bəşəriyyətə qarşı törədilmiş cinayətlər Avropa ictimaiyyətinə təqdim olunmalıdır. Bu istiqamətdə beynəlxalq təşkilatlar və dünya parlamentlərində vahid fikir formalaşdırmalıyıq. Bu mənada inanıram ki, vaxt gələcək Azərbaycan xalqına qarşı cinayət törətmiş, insan haqlarını kobud şəkildə tapdamış erməni cinayətkarlarının ədalət məhkməsi qarşısında cavab verməsinə nail olacağıq", deyə deputat bildirib.

Xəbər lenti

Xəbər lenti