...

Deputat Zahid Oruc : " Xarici İşlər Nazirliyinin yanında azərbaycanlılara qarşı törədilən Soyqırımların Tanıdılması Mərkəzi yaradılmalıdır "

Siyasət Materials 26 Fevral 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend İ.Əlizadə/ Xarici İşlər Nazirliyinin yanında azərbaycanlılara qarşı törədilən Soyqırımların Tanıdılması Mərkəzi yaradılmalıdır. Millət vəkili Zahid Oruc belə bir təkliflə çıxış edib.

Onun fikrincə, Xocalı sakinlərinə xüsusi statusun verilməsi vacibdir.

"Xocalı şəhidlərinin statusu Qarabağda gedən döyüşlərdə şəhid olanların statusundan fərqləndirilməlidir. Xocalı soyqırımının qurbanlarına hansısa bir miqdarda müavinətlərin ödənilməsi vacibdir. Düzdür bunu Ermənistan ödəməlidir, lakin hələlik biz buna nail ola bilməmişik", deyə Z.Oruc bildirib.

Xəbər lenti

Xəbər lenti