...

Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar hazırlanmış qərar layihəsi və bəyanat Milli Məclisin bu gün keçiriləcək iclasında qəbul ediləcək

Siyasət Materials 27 Fevral 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar hazırlanmış qərar layihəsi və bəyanat Milli Məclisin bu gün keçiriləcək plenar iclasında qəbul ediləcək.

Xatırladaq ki, fevralın 26-da Milli Məclisdə Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar hazırlanmış qərar və bəyanat layihələri üzrə dinləmələr keçirilib. Deputatlar ümumən layihələrdən razı olsalar da, bəzi təkliflər də veriblər. Milli Məclisin dünya dövlətləri parlamentlərinə və beynəlxalq təşkilatlara göndəriləcək bəyanatında Xocalı faciəsilə bağlı ətraflı məlumat verilməklə yanaşı, bildirilir ki, bu hadisənin beynəlxalq hüquqi-siyasi qiymətinin verilməsinə, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olunacaq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edib.

Xocalı işğal olunarkən 613 nəfər qətlə yetirilib, 1300 nəfərə yaxın mülki vətəndaş girov götürülüb. Onların 150 nəfərinin taleyi indiyədək məlum deyil.  

Xəbər lenti

Xəbər lenti