...

Azərbaycan və Qazaxıstan arasında vizasız rejim uzadılıb

Siyasət Materials 27 Fevral 2007 12:31 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında vizasız rejim uzadılıb

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana rəsmi səfəri çərçivəsində fevralın 27-də Astanada ikitərəfli sənədlər imzalanıb. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiq münasibətləri haqqında, eləcə də Qazaxıstan və Azərbaycan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında hökumətlərarası sazişin (10 iyun 1997-ci il tarixində imzalanıb) uzadılmasına dair Müqavilə üzrə təsdiq fərmanları mübadiləsi üzrə protokollar imzalanıb.

Qazaxıstanın xarici işlər naziri Marat Tajin imzalanmadan sonra keçirilən brifinqdə xatırladıb ki, 27 avqust 2007-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu günün 15 ili tamam olur. "Biz şadıq ki, bizim aramızda ziddiyyətlər yoxdur, energetik inkişafın intensivləşdirilməsinə şadıq", - deyə o bildirib. Nazir Qazaxıstanın beynəlxalq təşəbbüslərini dəstəklədiyinə görə Azərbaycana öz minnətdarlığını bildirib və iqtisadi artımın artması planlarından və əmtəə dövriyyəsinin müsbət dinamikasından məmnun olduğunu bildirib. O cümlədən, nazirin sözlərinə görə, 2007-ci il ərzində, Qazaxıstanın gömrük orqanlarının məlumatlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 250 mln. dollardan çox olacaq, ötən il isə bu göstərici 147 mln. dollar təşkil edirdi.

M.Tajin ümidvar olduğunu bildirib ki, diplomatik missiya başçılarının səfərləri ilə yanaşı Azərbaycandan müxtəlif biznes nümayəndə heyətlərinin nümayəndələrinin də Qazaxıstana səfərləri çoxalacaq.

Xəbər lenti

Xəbər lenti