...

Azərbaycan və Polşa XİN-i Avropa inteqrasiyasında əməkdaşlıq haqda Memorandum imzalayacaq

Siyasət Materials 27 Fevral 2007 14:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Polşa XİN-i arasında 2007-2008-ci illərdə Avropa inteqrasiyasında əməkdaşlıq haqda Memorandum imzalanacaq. Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sənəd 28 fevral - 1 mart tarixində Polşa XİN rəhbəri Anna Fotıqanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanacaq. Anna Fotıqa Bakıya fevralın 28-də axşam Tbilisidən gələcək. Polşanın xarici siyasət idarəsi başçısının rəsmi görüşləri martın 1-də baş tutacaq. Anna Fotıqa səfərinə Şəhidlər Xiyabanı və mühəndis-neftçi Pavel Pototskinin məzarını ziyarət etməklə başlayacaq.

Təxminən saat 10:00-11:00-da Polşa XİN rəhbərini onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov qəbul edəcək. Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov və prezident İlham Əliyevlə görüş keçiriləcək. Polşa XİN rəhbəri həmçinin Bakı Slavyan Universitetinə baş çəkməyi də planlaşdırıb. Polşa nazirinin rəsmi səfəri Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşü ilə başa çatacaq.

Azərbaycanın rəsmi şəxsləri ilə görüşdə ikitərəfli siyasi, iqtisadi və humanitar əməkdaşlığın müzakirəsi planlaşdırılır. Tərəflər həmçinin Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına kömək etmək məsələlərinə də baxılacaq.

A.Fotıqanın səfəri üç Cənubi Qafqaz dövlətinə turnesi çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti