...

Yaponiya səfiri: "İqtisadi inkişafın həcmindən asılı olaraq Yaponiya hökuməti Azərbaycana iri sərmayələr qoya bilər"

Siyasət Materials 27 Fevral 2007 15:13 (UTC +04:00)
Yaponiya səfiri: "İqtisadi inkişafın həcmindən asılı olaraq Yaponiya hökuməti Azərbaycana iri sərmayələr qoya bilər"

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/İqtisadi inkişafın həcmindən asılı olaraq Yaponiya hökuməti gələcəkdə Azərbaycana iri sərmayələr qoya bilər. Bu fikirləri Yaponiyanın Azərbaycandakı səfiri Tadohiro Abe bildirib.

Səfir qeyd edib ki, Yaponiya şirkətlərinin Azərbaycanda iri həcmdə sərmayələr yatırması, ticarət əlaqələrinin genişləndirilməsi ölkəmizin iqtisadi inkişafından asılıdır:"Biz müşahidə edirik ki, son illər Azərbaycanda iqtisadi inkişafın göstəricisi yüksəlir. Bu, Yaponiya investorlarını maraqlandıra bilər. Həmçinin iqtisadi inkişafın belə sürətlənməsinə görə Yaponiya tərəfindən gələcəkdə Azərbaycana sərmayələr yatırıla bilər".

Səfir diplomatik əlaqələr dövründə Yaponiyadan Baş Nazir səviyyəsində Azərbaycana rəsmi səfər edilməməsinə münasibət açıqlayıb. Səfir qeyd edib ki, indiki Baş Nazir yeni seçilib və onun ölkə daxilində bir çox görülməli işləri var. Səlahiyyət müddətinin birinci mərhələsində Baş Nazir ölkədaxili işlərin həyata keçirilməsilə məşğul olacaq. Ona görə də yaxın zamanda və çox güman ki, bu il ərzində onun Azərbaycana rəsmi səfəri gözlənilmir:"Amma ola bilər ki, gələcəkdə Azərbaycana səfər etsin. Apreldə Yaponiyada 2007-ci ilin maliyyə ili başlanır. Bu il çərçivəsində ola bilsin ki, Yaponiyanın digər yüksək rütbəli məmurlarının Azərbaycana rəsmi səfəri təşkil edilsin. Bu, məmurlar arasında mübadilə xarakteri daşıyan səfər ola bilər".

Xəbər lenti

Xəbər lenti