...

Bakıda BVF ofisini qarət etməkdə günahlandırılan şəxs saxlanılıb

Siyasət Materials 27 Fevral 2007 16:01 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Azərbaycan Daxili İşlər Nazirliyinin cinayət-axtarış baş idarəsi, Milli Təhlükəsizlik Nazirliyi, Nəsimi rayon polis idarəsinin birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 3-5 fevral tarixində Maliyyə Nazirliyi binasında yerləşən Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin ofisindən məlumat bazasının olduğu 4 kompüter sistem blokunu oğurlamış soyğunçu saxlanılıb. Bu barədə Azərbaycan DİN-dən məlumat verilib. Həbs olunan şəxs Azərbaycan Maliyyə Nazirliyinin dövlət büdcəsinin hesabat və uçotu sahəsinin baş məsləhətçisi Azər Əzimovdur.

Xəbər lenti

Xəbər lenti