...

Deputat Adil Əliyev: "Məhərrəm Əliyevə qarşı heç bir təzyiq göstərilmir"

Siyasət Materials 27 Fevral 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Məhərrəm Əliyev hazırda məzuniyyətdədir və məzuniyyəti başa çatan kimi işə çıxacaq. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, general-leytenant Məhərrəm Əliyevin qardaşı, Milli Məclisin deputatı Adil Əliyev məlumat verib.

Son günlər bəzi mətbuat orqanlarında M.Əliyev haqqında müxtəlif məlumatlar yayılıb.

Millət vəkili qardaşına qarşı heç bir təzyiqin olmadığını vurğulayıb. Bildirib ki, BŞBPİ rəisi yaxın günlərdə işə çıxacaq.

M.Əliyevin daxili işlər naziri Ramil Usubovla münasibətlərinə toxunan deputat qeyd edib ki, bu məsələdə heç bir problem yoxdur.

"Ola bilər ki, Məhərrəm Əliyevin Ramil Usubovla şəxsi dostluq münasibətləri yoxdur. Hesab edirəm ki, Bakı polisinin rəisi kimi Məhərrəm Əliyevin daxili işlər naziri ilə xidməti münasibətləri qaydasındadır", -deyə A.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti