...

AVP sədri: "Azərbaycan müxalifəti parçalanmış vəziyyətdədir və heç bir gücü yoxdur"

Siyasət Materials 27 Fevral 2007 18:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/Azərbaycan müxalifəti parçalanmış vəziyyətdədir və ona görə də bu düşərgənin heç bir gücü yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun fikrincə, bir qrup radikal partiya ölkədə müxalifətçiliyi inhisara alıb. Ona görə də Azərbaycan müxalifəti öz üzərinə düşən missiyanı yerinə yetirə bilmir.

"Onların ölkənin ictimai-siyasi proseslərinə təsir göstərmək imkanları demək olar ki, yoxdur", deyə AVP sədri qeyd edib.

Xatırladaq ki, iqtidaryönlü Ana Vətən Partiyası 1991-ci ildə yaradılıb. Partiya Milli Məclisdə 2 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti