...

ATƏT Minsk qrupunun həmsədrləri XİN rəhbərlərinin növbəti görüşündən baza prinsiplərinin razılaşdırılmasını gözləyir

Siyasət Materials 27 Fevral 2007 18:47 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrləri XİN rəhbərlərinin növbəti görüşündən baza prinsiplərinin razılaşdırılmasını gözləyir

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Həmsədrlər BMT-nin insan haqları üzrə Şurasnın martın 13-də işinə başlayacaq növbəti sessiyası çərçivəsində Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Vardan Oskanyanın görüşünün təşkili ilə bağlı iş aparır.

ATƏT Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun məlumatına əsasən, buna qədər tərəflərin XİN rəhbərlərinin martın əvvəlində olacağı ABŞ-da görüşün təşkili planlaşdırılıb.

Yuri Merzlyakov əlavə edib ki, bu görüşdən ATƏT Minsk qrupunun yarım ildir ki, məşğul olduğu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baza prinsiplərinin razılaşdırılmasını gözləyir.

Həmsədr həmçinin Kosovo münaqişəsinə ölkəsinin mövqeyi barədə də fikir söyləyib və BMT Təhlükəsizlik Şurasında planın qəbul olunmaısını digər konfliktlər üçün presedent olmasının və münaqişənin ilk belə həllinin təşkil edilməsi adlandırıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Kosovo variantı Dağlıq Qarabağ üçün presedent ola bilməz. BMT xüsusi nümayəndəsi Martti Axtisaarinin Kosovonun statusu üzrə planı Kosovoya müstəqillik təqdim etmir, bölgəyə gələcəkdə beynəlxalq təşkilatlarla müqavilə, həmçinin maliyyə müqavilələri imzalamaq imkanı vermir.

Rəsmi Bakının dediyi və İsrail-Fələstin münaqişəsi üzrə "yol xəritəsi" və Kiprlə bağlı planla analoji olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən planın hazırlanmasına gəlincə, Y.Merzlyakov bildirib ki, həmsədrlərin etdikləri məhz müəyyən plandır və bu plan "Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri" adlanır.

Xəbər lenti

Xəbər lenti