...

Əli İnsanovun vəkilinin hakim heyətinə etirazı təmin olunmadı

Siyasət Materials 27 Fevral 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir Trend S.İlhamqızı/Fevralın 27-də Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovu və daha 10 nəfərin işi üzrə keçirilən məhkəmə iclasında Ə.İnsanovun vəkili Ağaves Şahverdi hakim heyətinin dəyişdirilməsini tələb edib. Vəkil etirazını Faiq Qasımov, Azər Orucov və Həsən Əhmədovdan ibarət hakim heyətinin Ə.İnsanovun işinə obyektiv yanaşmaması ilə əsaslandırıb. Vəkil bildirib ki, həm o, həm də Ə.İnsanov bu məhkəmə heyətinin sonda ədalətsiz hökm çıxaracağını ehtimal edir. Buna görə də vəkil işə başqa hakim heyəti tərəfindən baxılmasını tələb edib.

Hakim heyəti müşavirəyə gedib və qayıtdıqdan sonra iclasa sədrlik edən F.Qasımov vəkilin etirazının əsassız olduğunu, işə yenə həmin heyət tərəfindən baxılacağını elan edib.

Məhkəmə iclası fevralın 28-də Əli İnsanovun sərbəst ifadəsi ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti