...

Deputat Asəf Hacıyev:"Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər"

Siyasət Materials 27 Fevral 2007 19:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏPM) vitse-prezidenti, millət vəkili Asəf Hacıyev bildirib.

Fevralın 27-də Brüsseldə QİƏMP nümayəndə heyəti ilə Avropa Parlamentinin rəhbərliyi arasında görüş başlayıb. Görüşlərdə iki təşkilat arasında əlaqələrin genişləndirilməsinə həsr olunmuş dinləmələr keçirilir.

A.Hacıyev vurğulayıb ki, dinləmələrdə Xəzər dənizində həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılacaq.

"Çünki Avropa Birliyi bu layihələrin təhlükəsizliyinin təmin olunmasına böyük maraq göstərir. Amma bu layihələrin təhlükəsiz şəkildə həyata keçməsinə mane olan amillər var. Bu da Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlıdır. Ona görə də ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır", deyə A.Hacıyev qeyd edib.

O, deyib ki, Azərbaycanın iştirakı ilə Cənubi Qafqazda həyata keçirilən layihələr Avropanın maraq dairəsindədir.

Millət vəkili vurğulayıb ki, QİƏMP-in fəaliyyətinin genişləndirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu təşkilat daxilində əməkdaşlığın yaxşı perspektivləri var. QİƏMP-ə üzv olan üç ölkə artıq Avropa Birliyinin tam hüqüqlü üzvləridir.

Xəbər lenti

Xəbər lenti