...

"Əmək pensiyaları  haqqında" qanunun  tətbiqi ilə əlaqədar  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və dəyişikliklər ediləcək

Siyasət Materials 27 Fevral 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Fevralın 27-də Milli Məclisin Sosial siyasət daimi komissiyasının  növbəti  iclası  keçirilib. Deputatların müzakirəsinə "Əmək pensiyaları  haqqında"  qanunun  tətbiqi ilə əlaqədar  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi və bəzi  qanunvericilik  aktlarının  qüvvədən  düşmüş  hesab  edilməsi barədə qanun layihəsi təqdim olunmuşdu.

Komissiyanın sədri Hadi Rəcəbli sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, "Əmək pensiyaları  haqqında"  qanunun Milli Məclisdə qəbulundan  sonra  19 qanuna əlavə və  dəyişiklik  edilməsi  nəzərdə  tutulur ki, bunlardan 12-si  sosial  sahəni əhatə edir. Qeyd olunub ki, dəyişikliklərin əsas hissəsi Əmək Məcəlləsinə, "Yaşayış minimumu  haqqında", "Sosial  sığorta  sistemində fərdi uçot haqqında", "Vətəndaşların pensiya  təminatları  haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Veteranlar haqqında"  qanunlarda öz əksini tapıb.

Komissiya üzvləri və mütəxəssislər bəzi texniki düzəlişlər  nəzərə alınmaqla sənədin Milli Məclisin müzakirəsinə çıxarılmasını məqsədəuyğun  hesab ediblər.

Xəbər lenti

Xəbər lenti